Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

/ Cümə, 17 İyul 2020 12:28
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür.

Şah İsmayıl 1487-ci il 17 iyulda Ərdəbil şəhərində anadan olmuşdur. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyimdir. O, ilk Azərbaycan dövlətinin qurucusu hesab edilir.

Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi məhz Şah İsmayıl Xətai zamanı istifadə olunmuşdur.

Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.

Şah İsmayıl həmçinin klassik Azərbaycan şairi hesab edilir. O əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Şairin yaradıcılığından bəzi nümunələri oxucuların diqqətinə təqdim edirik:

Yəqin bil əhli-iqrarın yanında

Yerü gög cümlə həqdir, olma gümrah…

Ta səni gördü Xətai valehi şeydayidir,

hansı gözdür həq üzün görcək ki, bidar olmadı?

 

***

 

Yəqin bil əhli-iqrarın yanında

Yerü gög cümlə həqdir, olma gümrah…

Ta səni gördü Xətai valehi şeydayidir,

hansı gözdür həq üzün görcək ki, bidar olmadı?

 

***

 

Sözünü bir söyləyənin

Sözünü edər sağ bir söz.

Pir nəfəsin dinləyənin

Yüzünü edər ağ bir söz.

 

Söz vardır kəsdirər başı,

Söz vardır kəsər savaşı,

Söz vardır ağulu aşı

Bal ilən edər yağ bir söz.

Please publish modules in offcanvas position.