Əfqanıstan və Pakistan sərhədçiləri arasında atışma baş verib, azı 8 ölü var

/ Cümə, 17 İyul 2020 14:47
Əfqanıstan və Pakistan sərhədçiləri arasında atışma baş verib, azı 8 ölü var

Əfqanıstanın Pakistan sərhəd zolağında yerləşən Künər əyalətinin Sar-Kanuy bölgəsində iki ölkənin sərhədçiləri arasında atışmalar baş verib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Künər əyalətinin rəsmi mənbələri məlumat veriblər.

Ötən gün baş verən qarşıdurma 5 saat çəkib.

Məlumata görə Pakistan tərəfindən atılan mərmilər nəticəsində Sar-Kanuy rayonunun sərhəd bölgəsində azı 8 mülki şəxs həlak olub.

Məlumata görə 11-i mülki şəxs və 3-ü sərhədçi olmaqla 14 nəfər yaralanıb.

Qeyd edək ki, bölgədə 5 ay bundan öncə də iki ölkə sərhəd qüvvələri arasında qarşıdurma baş verib.

Əfqanıstan tərəfi iddia edir ki, Pakistan qüvvələrinin sərhədi tez-tez və qanunsuz şəkildə keçməsinə qarşılıq verib.

Please publish modules in offcanvas position.