Misir parlamenti Prezidentin Liviyaya ordu göndərməsinə icazə verdi

/ Çərşənbə axşamı, 21 İyul 2020 11:27
Misir parlamenti Prezidentin Liviyaya ordu göndərməsinə icazə verdi

Misir parlamenti ölkə Prezidenti Abdel Fəttah əs-Sisiyə dövlətin milli təhlükəsizliyini qorumaq üçün Liviyaya ordu göndərmək səlahiyyətini özündə ehtiva edən konstitusiyaya düzəlişi qəbul edib.

Bu barədə TASS-a parlamentdəki mənbə məlumat verib.

Deputatlar Prezidentə hərbçilərdən Liviyanın milli təhlükəsizliyini, Misir və ərəb dövlətlərini qorumaq üçün istifadə etmək səlahiyyəti veriblər.

Parlamentin iclası Prezidentin ölkənin milli təhlükəsizliyini qorumaq üçün müvafiq addımlar atmasına icazə vermək üçün lazım olan konstitusiya prosedurları çərçivəsində keçirilib.

“Report” xatırladır ki, Misirin xarici ölkələrə ordu göndərməsi konstitusiyanın 152-ci maddəsi ilə tənzimlənir və Milli Müdafiə Şurasının təsdiqini, həmçinin parlament üzvlərinin üçdə ikisinin razılığını tələb edir.

Please publish modules in offcanvas position.