Nigeriyada silahlılar humanitar təşkilatların 5 işçisini öldürüb

/ Cümə axşamı, 23 İyul 2020 15:33
Nigeriyada silahlılar humanitar təşkilatların 5 işçisini öldürüb

Nigeriyada silahlılar “Aclığa qarşı hərəkətlər” (Action contre la faim, ACF) və “Beynəlxalq Xilasetmə Komitəsi” (International Rescue Committee, IRC) adlı qeyri-hökumət humanitar təşkilatlarının beş işçisini edam ediblər.

 “RİA Novosti” xəbər verir ki, bu barədə təşkilatların bəyanatında deyilir.

“Aclığa qarşı hərəkətlər” təşkilatı edamı qəti şəkildə pisləyərək sərbəst buraxılma çağırışlarının cavabsız qalmasından çox təəssüfləndiyini bildirib.

“Humanitar işçilərin oğurlanması beynəlxalq humanitar qanunları və işçilərin, humanitar təşkilatların və onların tərəfdaşlarının müdafiəsi qaydalarını pozur”, - ACF məlumat yayıb.

IRC təşkilatı öldürülənlərdən birinin onların əməkdaşı olduğunu təsdiqləyib.

Please publish modules in offcanvas position.