Aya Sofya ilk namaza hazırdır

/ Cümə axşamı, 23 İyul 2020 15:44
Aya Sofya ilk namaza hazırdır

Aya Sofya məscidində ilk namaz sabah qılınacaq.

Axar.az xəbər verir ki, bunu İstanbul valisi Əli Yerliqaya deyib.

“Bütün müsəlmanlarla birgə mən də həyəcanlıyam. Bu möhtəşəm günü şəhər sakinləri və qonaqlarımızın ən gözəl şəkildə yaşayacaqlarını bilirəm. Namaz qılmaq üçün qadınlara 2, kişilərə isə 5 yer müəyyən edilib.

Sabah saat 10:00-dan (yerli saatla 11:00) etibarən insanlar məscidə buraxılacaq”, - vali bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan Aya Sofyada namaz qılınması üçün bəzi texniki dəyişiklər aparıldığı üçün açılışın 24 iyulda olacağını elan etmişdi.

Please publish modules in offcanvas position.