Belçikada azərbaycanlılara hücum edən 17 erməni saxlanılıb

/ Cümə, 24 İyul 2020 10:47
Belçikada azərbaycanlılara hücum edən 17 erməni saxlanılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi Brüsseldə ermənilərin azərbaycanlılara qarşı təxribaxt xarakterli hücumu ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 23 iyul 2020-ci il tarixli Bəyanatını rəhbər tutaraq bildiririk. İyulun 12-dən etibarən işğalçı erməni qüvvələri tərəfindən başladılan və Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən hərbi toqquşmalar fonunda məğlub və aciz vəziyyətdə olan erməni diasporu dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı terrror xarakterli hücumlara cəhd edir.

Ermənistanın hərbi təxribatlarına ilə bağlı etiraz aksiyaları keçirən xaricdəki dinc azərbaycanlı icma üzvlərinə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribat əməlləri, təcavüz aktları və vandalizm törədilir.

Bu xüsusda, 2020-ci ilin 22 iyul tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib.

Azərbaycanın Belçika və Lüksemburqda yaşayan və tərkibində yaşlıların və mərd qadınlarımızın təmsil olunduğu yüzlərlə icma nümayəndələri, eləcə də həmsərhəd Niderland, Fransa və Almaniyada yaşayan soydaşlarımız dövlətimizin və xalqımızın mənafeyinin qorunmasına namimə yüksək həmrəylik göstərərək diplomatik missiyanın ərazisinə toplaşıb, mənfur ermənilərin nümayiş cəhdini iflasa uğradıblar.

Şərəfli Azərbaycan bayrağının himayəsi altında qürurla birləşmiş həmvətənlilərimiz dövlətçiliyimizin müdafiəsinə sipər olublar. Onlar iyul 12-dən etibarən təcavüzkar erməni qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilmiş hərbi təxribatları ifşa edən, eləcə də Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad edilməsini tələb edən şüarlar səsləndirib və plakatlar nümayiş etdiriblər.

Soydaşlarımız "Yaşasın Azərbaycan!", "Yaşasın dövlətimiz!", "Şəhidlər ölməz, vətən bölünməz!", "Qarabağ Azərbaycandır", "Xocalıya Ədalət", "Erməni işğalına son" şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını bir daha bəyan edib və Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini bildiriblər. Aksiyaya toplaşanlar Azərbaycanın dövlət himnini, hərbi marş və digər vətənpənvər mahnıları yüksək həvəs və sevgi ilə ifa edərək, təxribatçıların səslərini boğmağa nail olub, erməni təxribatçılarına lazımı cavabı veriblər.

Nümayiş zamanı Ermənistanın onilliklərdir Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətini ifşa edən müvafiq beynəlxalq təşkilatların sənədləri səsləndirilib. Belçikada yaşayan bəzi türk və gürcü dostlar da azərbaycanlı aksiyaçılarımıza dəstək göstəriblər.

Məğlub və aqressiv erməni radikalları diplomatik missiyanın inzibati həyətində toplanmış və vətəninin müdafiəsinə qalxmış dinc həmvətənlilərimizə və diplomatik missiyamıza qarşı kütləvi vəhşiliklər törədiblər.

Erməni təcavüzkarlarının daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində Azərbaycan diaspor nümayəndələrindən 6 nəfər, eləcə də "REAL TV"-nin Avropa bürosunun müxbiri Xatirə Sərdarqızı yaralanıb və onlara tibbi yardım göstərilib, diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıntılara məruz qalıb, şüşələr sındırılıb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobilini yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

Hadisələri çoxsaylı quru və hava qüvvələri ilə tənzimləyən Belçika polisi xain düşmənin təxribatlarının qarşısını alıb, onları su şırnaqları vasitəsilə bölgədən uzaqlaşdırıb, müvafiq dağıntı və təcavüz faktları polis tərəfindən qeydə alınıb. Hal-hazıra olan məlumata əsasən, hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.

Ümumilikdə, baş vermiş hadisələrlə bağlı ətraflı hesabat və protokollar tərtib edilərək Belçika Krallığının Xarici İşlər Nazirliyinə nota və digər aidiyyəti qurumlarına rəsmi müraciət göndərilib, erməni cinayətkarlarının cəzalandırılması tələb edilib.

Bütün bunlara baxmayaraq, yüksək vətənpərvərlik ruhunda olan, sülhsevər və cəsur azərbaycanlılarımız öz şüarları və bəyanatları ilə yaramaz erməni aksiyaçılarını susdurmağa nail olublar.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi olaraq, bütün həmvətənlilərimizə təşəkkür edir.

Azərbaycanımızın müdafiəsi naminə birlik olan həmvətənlilərimizlə qürur duyuruq! Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır!”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.