Tramp Aya Sofiyanın məscid kimi istifadəsinə münasibət bildirdi

/ Şənbə, 25 İyul 2020 10:29
Tramp Aya Sofiyanın məscid kimi istifadəsinə münasibət bildirdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Konstantinopol pravoslav kilsəsinin, ölkənin arxiyepiskopu Elpidoforla görüşərək Aya Sofiyanın ibadətgaha çevrilməsi məsələsini müzakirə edib.

AMNA yunan nəşri xəbər verir ki, Tramp məbədlə bağlı hadisəyə görə narahatlığını bildirib.

O, özünü ellinizmin köməkçisi və tərəfdarı elan edərək, tezliklə təxirəsalınmaz müdaxilələrə başlayacağını qeyd edib.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofiya məbədi 86 ildən sonra namaz qılınmaq üçün açılıb və məscid kimi fəaliyyət göstərəcək.

Please publish modules in offcanvas position.