Sudanda silahlı hücum zamanı 60-dan çox insan öldürülüb

/ Bazar ertəsi, 27 İyul 2020 12:14
Sudanda silahlı hücum zamanı 60-dan çox insan öldürülüb

Sudanın Qərbi Darfur əyalətində silahlı hücum zamanı 60-dan çox insan öldürülüb, daha 60 nəfər yaralanıb.

TASS xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bazar günü yayıılmış bəyanatında deyilir.

"Xəbərlərə əsasən Qərbi Darfurda Beyd yaşayış məntəqəsinin Mistri kəndinə hücum zamanı 60-dan çox insan öldürülüb və təxminən 60 nəfər xəsarət alıb", - bəyanatda deyilir.

Məlumata görə, hücum təxminən 500 silahlı tərəfindən təşkil olunub. Basqınçılar kəndin müxtəlif ərazilərində yerli sakinlərin evlərini, həmçinin bazarı yandırıblar.

Qərb Darfurda zorakılığın səviyyəsinin kəskin artması ilə əlaqədar ”lokdaun” (sərt qadağa rejimi) tətbiq edilib.

Qeyd edilir ki, bu hücum Darfurda iyulun 19-dan 26-dək olmuş silahlı basqınlardan yeddincisidir.

Please publish modules in offcanvas position.