Rusiyada "Türkistanın İslam partiyası"nın üzvləri həbs edildi

/ Bazar ertəsi, 27 İyul 2020 12:36
Rusiyada "Türkistanın İslam partiyası"nın üzvləri həbs edildi

Rusiyada fəaliyyəti qanunla qadağan olunmuş terror təşkilatında iştiraka görə iki şübhəli şəxs həbs edilib.

Bu barədə Novosibirsk şəhərinin Oktyabr rayonunun Məhkəməsinin saytı xəbər verir.

Qeyd edilir ki, həbs edilənlər Rusiya və Qırğızıstan vətəndaşlarıdır. Onlar barəsində 20 sentyabra qədər həbs qərarı çıxarılıb.

İstintaqın versiyasına görə, şübhəli şəxslər "Türkistanın İslam partiyası" terror təşkilatının üzvləridir.

Please publish modules in offcanvas position.