Koronavirus əleyhinə zərdab ixtira edildi

/ Çərşənbə axşamı, 28 İyul 2020 09:57
Koronavirus əleyhinə zərdab ixtira edildi

Argentinada COVID-19 infeksiyasına qarşı zərdabın insanlar üzərində sınaqdan keçirilməsinə başlanılıb.

Bu barədə TN telekanalı bildirib.

"Argentinanın eksklüziv istehsalı olan hiperimmun zərdabın sınaqdan keçirilməsinə start verilib. Orta və ağır vəziyyətdə olan 242 pasiyentin müalicəsi yoxlanılacaq", - telekanalın xəbərində deyilir.

Sınaqlar dörd tibb müəssisəsində keçirilir, amma onu 10-dan çox xəstəxanaya paylamaq planlaşdırılır.

Zərdab passiv immunizasiya növünü təşkil edir, hansı ki, pasiyentlərin anticismlərinin tətbiqindən ibarətdir. Bu anticisimlər virusun yayılmasının qarşısını almağa və ya onu bloklamağa imkan verir. O, öz təsiri ilə ilanların və ya əqrəblərin sancmaları zamanı, habelə qıcolmalar, quduzluq əleyhinə istifadə edilən preparatı xatırladır.

Argentinada koronavirusa 162 526 yoluxma təsdiq edilib, 2 956 insan ölüb, 72 575 pasiyent sağalıb.

Please publish modules in offcanvas position.