BMT: Tibbi maska və əlcəklər təbiətə təhlükə törədir

/ Çərşənbə axşamı, 28 İyul 2020 09:59
BMT: Tibbi maska və əlcəklər təbiətə təhlükə törədir

Yeni koronavirus pandemiyası şəraitində zəruri fərdi müdafiə vasitələrindən istifadə olunması ətraf mühitin çirklənməsinin səviyyəsinə təsir edirlər.

Bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (YUNKTAD) məruzəsində bildirilib.

Məruzəyə əsasən qoruyucu maskalar, əlcəklər, dezinfeksiyaedici vasitələrin və qida məhsullarının qablaşdırılması küçələri, çimərlikləri və dünya okeanını çirkləndirir.

Sənəddə vurğulanır ki, plastik çirklənmə onsuz da pandemiyaya qədər Yer kürəsi üçün ən ciddi  təhlükələrdən biri idi. Bu halda bir sıra məhsulların istehlakının kəskin artımı vəziyyəti daha ağırlaşdırır.

Bu halda məruzədə həmçinin qeyd edilir ki, özünütəcrid rejiminin tətbiqi və bir sıra obyektlərin işini dayandırması fonunda bütün dünyada istilikxana qazlarının tullantıları 5%-ə qədər azalıb.

Please publish modules in offcanvas position.