KXDR qanadlı raketi sınaqdan keçirib

/ Cümə axşamı, 30 İyul 2020 10:48
KXDR qanadlı raketi sınaqdan keçirib

İyulun başlanğıcında yay təlimləri zamanı Şimali Koreya gəmi əleyhinə qanadlı raketi sınaqdan keçirib.

Bu barədə "Renxap" agentliyi bildirib.

Agentliyin həmsöhbət olduğu yüksək rütbəli hərbçilərin verdiyi məlumata görə, raket iyulun 6-da Yapon dənizində gəmidən buraxılıb və 100 kilometrdən az məsafədə uçub.

Raketin tipi naməlumdur, amma məmurlar hesab edirlər ki, raketin bu tipi artıq daha əvvəl sınaqdan keçirilib.

Daha əvvəl bildirilirdi ki, peyk şəkilləri Şimali Koreyanın Yonbendəki nüvə kompleksində uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini davam etdirdiyini göstərir.

Please publish modules in offcanvas position.