ABŞ hərbçiləri İranın təlimlərinə görə sığınacaqlara yerləşdirildi

/ Cümə axşamı, 30 İyul 2020 13:33
ABŞ hərbçiləri İranın təlimlərinə görə sığınacaqlara yerləşdirildi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ballistik raket sınaqları keçirib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Raket sınaqları Fars körfəzi və Hörmüz boğazının yaxınlığında, Hörmüzgan ostanında baş tutub.

Təlimlərdə dronlar və hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.

“Associated Press” agentliyi xəbər verir ki, İranın təlimləri ABŞ hərbçilərini hərəkətə keçməyə məcbur edib. Belə ki, ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərində “Əl-Dafra” və Qətərdəki “Əl-Udeid” hərbi bazalarında xidmət aparan hərbçilər təlimlər zamanı sığınacaqlara yerləşdirilib.

Please publish modules in offcanvas position.