Əfqanıstanda partlayış: ölənlər var

/ Bazar ertəsi, 03 Avqust 2020 10:17
Əfqanıstanda partlayış: ölənlər var

Əfqanıstanın Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində yerləşən həbsxananın yanında baş verən partlayış zamanı azı iki nəfər ölüb, 24 nəfər yaralanıb.

“TASS” xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, partlayış zamanı 50-dən çox məhbus həbsxanadan qaçıb. Məhbusların bəziləri saxlanılıb.

“Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Please publish modules in offcanvas position.