Kosovonun baş naziri koronavirusa yoluxdu

/ Bazar ertəsi, 03 Avqust 2020 10:21
Kosovonun baş naziri koronavirusa yoluxdu

Kosovonun baş naziri Avdullah Hotinin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Bu barədə baş nazir özünün “Facebook” hesabında yazıb.

“Bu gün verdiyim koronavirus testi pozitiv çıxıb. Heç bir simptom yoxdur, çox yüngül öskürəyim var”-deyə, o bildirib.

Baş nazir iki həftə müddətində özünütəcrid rejimində olacaq, vəzifəsini kənardan icra edəcək.

Please publish modules in offcanvas position.