Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu

/ Çərşənbə, 05 Avqust 2020 10:14
Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın ilkin səbəbləri açıqlanıb.

Livanın “LBC International” telekanalı məlumat verir ki, Beyrut limanında baş vermiş partlayış aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəlib.

“Oğurluq hallarının qarşısını almaq məqsədilə hasardakı dəliklərdə qaynaq işlərinin icra edildiyi zaman 2 700 ton selitr partlayıb”, - telekanal hüquq-mühafizə orqanlarının ilkin nəticələrinə istinadən xəbər verir.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 100 nəfər ölüb, dörd mindən artıq insan yaralanıb.

Hazırda Beyrut fəlakət bölgəsi elan edilib.

Please publish modules in offcanvas position.