Saakaşvili: Gürcüstan artıq yoxa çıxır

/ Çərşənbə, 05 Avqust 2020 13:44
Saakaşvili: Gürcüstan artıq yoxa çıxır

Mixail Saakaşvili adı Avropa radarlarından yoxa çıxmayacaq, Gürcüstan adı üçün isə bu baxımdan böyük təhlükə var.

Axar.az xəbər verir ki, bunu “Pirveli” televiziyasına müsahibəsində Ukrayna Milli İslahatlar Şurası İH sədri Mixail Saakaşvili deyib.

“Mən Avropanın ən böyük ölkəsində baş nazir vəzifəsinə namizəd ola bilərəm. Siz Ukrayna mətbuatı ilə tanış olub, buna əmin ola bilərsiniz. Mənim Ukraynada çox vacib rolum var. Biz artıq Gürcüstanın ölkə kimi yoxa çıxmasından danışmalıyıq. İvanişvili istəyirdi ki, Saakaşvili dünya radarlarından yox olsun. Mən bütün dünya radarlarında çox dəqiq şəkildə təmsil olunuram, Gürcüstan isə artıq orada yoxdur”, – deyə o bildirib.

Please publish modules in offcanvas position.