Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 135-ə çatıb

/ Cümə axşamı, 06 Avqust 2020 11:00
Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 135-ə çatıb

Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında baş vermiş partlayışda ölənlərin sayı artıb.

Livanın Səhiyyə naziri Həməd Həsən bildirib ki, partlayış 135 nəfərin həyatına son qoyub, beş minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.

Partlayışın ölkəyə vurduğu maddi ziyanın məbləği də açıqlanıb.

Beyrut şəhərinin qubernatoru Mərvan Abbud açıqlamasında qeyd edib ki, partlayışın vurduğu maddi ziyan elan ediləndən daha çox ola bilər. Dəyən ziyanın 15 milyard ABŞ dollarına qədər olma ehtimalı var.

Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.

Hadisə ilə bağlı Beyrutda iki həftəlik fövqəladə vəziyyət elan edilib.

Please publish modules in offcanvas position.