Rusiyada terrorçu zərərsizləşdirildi

/ Cümə, 07 Avqust 2020 14:44
Rusiyada terrorçu zərərsizləşdirildi

Rusiyanın İnquşetiya Respublikasının Nazran şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.

TASS xəbər verir ki, bu barədə regionun operativ qərargahının xəbərində deyilir.

Respublikanın güc strukturlarındakı mənbənin məlumatına görə, əməliyyat zamanı bir silahlı zərərsizləşdirilib.

"Qanunsuz silahlı dəstənin bir üzvü zərərsizləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki yoxdur", - mənbə agentliyə bildirib.

Şahidlərin sözlərinə görə, Nazranın Dəmiryol Vağzalı ərazisində atəş səsləri eşidilib.

Please publish modules in offcanvas position.