Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib

/ Cümə, 07 Avqust 2020 14:48
Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib

Livanın paytaxtı Beyrutda küçələrinə çıxan nümayişçilərdən bir qrupunun polis səddini aşaraq parlament binasına soxulmağa çalışmasından sonra hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə “MİR 24” telekanalı məlumat yayıb.

Məlumata görə, toqquşma nəticəsində hər iki tərəfdən yaralananlar var. Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılır. Nümayişçilər polis sıralarına hücum ediblər. Onlar polisə daş və molotov kokteyli atıblar. Etirazçılar limanda baş verən partlayışdan sonra hazırkı hökumətin istefasını tələb edirlər.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.