İsrail HƏMAS-ın mövqeyini bombaladı

/ Bazar ertəsi, 10 Avqust 2020 13:14
İsrail HƏMAS-ın mövqeyini bombaladı

İsrail Qəzzanın şimalında HƏMAS-a aid mövqeyi bombalayıb.

Axar.az xəbər verir ki, İsrail qırıcıları HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadasına aid müşahidə məntəqəsinə zərbələr endirib.

Ölü və yaralılar barədə məlumat verilməyib.

İsrail ordusu hücumun Qəzzadan İsrailə yanğın törədən şarların atılmasına cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Please publish modules in offcanvas position.