Rəsmi Beyrutdan Azərbaycana qarşı hörmətsizlik

/ Çərşənbə axşamı, 11 Avqust 2020 10:20
Rəsmi Beyrutdan Azərbaycana qarşı hörmətsizlik

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki seperatçı rejim adından Livanın paytaxtı Beyruta humanitar yardım göndərilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan paylaşıb.

Paşinyan qeyd edib ki, yardımlar “Artsax xalqı” (Qarabağ) adından göndərilib.

Yayılan məlumatlarda bildirilir ki, seperatçı rejimin göndərdiyi yardımlar Beyrut şəhərinə çatıb və Livan rəsmiləri Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirərək üzərində seperatçı rejimin bayrağının əks olunduğu yardımları qəbul ediblər.  

Onu da bildirək ki, ötən həftə Azərbaycan Beyrutada baş verən dəhşətli parlayışa görə Livana 1 milyon dollar yardım edib.

Please publish modules in offcanvas position.