Cənubi Sudanın Tonc əyalətində hərbiçilərlə və mülki şəxslər arasında atışma baş verib.
Atışma zamanı ən azı 118 nəfər ölüb.
Tonc əyalətinin rəhbəri Makuei Mabior bildirib ki, hadisəyə səbəb bir əsgərlə yerli sakin arasında baş verən mübahisə olub.
Mabior hadisədə 34 əsgər və 84 mülki şəxsin öldüyünü, xeyli sayda insanın yaralandığını diqqətə çatdırıb.