Dünyada COVID-19-dan ölənlərin sayı 737 mini keçdi

/ Cümə axşamı, 13 Avqust 2020 10:28
Dünyada COVID-19-dan ölənlərin sayı 737 mini keçdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 20 milyonu, ölənlərin sayının isə 737 min nəfər ötdüyünü elan edib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Belə ki, son 24 saat ərzində dünyada koronavirusa 214 985 yoluxma qeydə alınıb, 4 835 nəfər həyatını itirib. 

Bununla da dünyada koronavirusa yoluxanların sayı 20 162 474 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 737 417 nəfər təşkil edir.

Please publish modules in offcanvas position.