Bağdadın "yaşıl bölgə" adlanan hissəsinə raket atıldı

/ Bazar ertəsi, 17 Avqust 2020 10:17
Bağdadın "yaşıl bölgə" adlanan hissəsinə raket atıldı

İraqın paytaxtı Bağdadda yerləşən “yaşıl bölgə” yaxınlığına raket zərbələri endirilib.

Bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Məlumata görə, paytaxtın dövlət müəssisələri və xarici diplomatik nümayəndəliklər, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi hissəsindən bir qədər aralıda  yerləşən həmin hissəsinə iki raket atılıb. Raket zərbələrindən sonra hava həyəcanı siqnalı işə düşüb.

Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.

Please publish modules in offcanvas position.