Antalyanın meri koronavirusa yoluxub

/ Bazar ertəsi, 17 Avqust 2020 10:19
Antalyanın meri koronavirusa yoluxub

Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Mühiddin Böcəyə COVID-19 diaqnozu qoyulub.

Bu barədə Mühiddin Böcək “Twitter” səhifəsində yazıb.

O, hazırda özünü yaxşı hiss etdiyini, həkimlərin müşahidəsi altında olduğunu vurğulayıb.

“Xahiş edirəm, maska istifadəsi, gigiyena və sosial məsafə qaydalarına riayət edin. Ümid edirəm, yaxın zamanda görüşəcəyik”, - o bildirib.

Xatırladaq ki, Türkiyədə indiyədək 249 309 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 5 974 nəfər ölüb, 230 969 nəfər isə sağalıb. Hazırda ölkədə 12 mindən çox aktiv koronavirus xəstəsi var.  

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.