Netanyahu ismarış göndərdi: Torpaqları unudun

/ Bazar ertəsi, 17 Avqust 2020 15:25
Netanyahu ismarış göndərdi: Torpaqları unudun

İsrail ilhaq planını ləğv etməyib.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Yüz ilin anlaşması”nda heç bir dəyişiklik yoxdur. ABŞ Prezidenti Donald Tramp da mənim kimi fikirləşir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əldə olunan anlaşmadan sonra “torpaq qarşılığında sülh” ideyası "gücdən doğan sülh" inancı ilə əvəz olundu”, - Netanyahu bildirib.

Qeyd edək ki, 1991-ci ildə İspaniyanın paytaxtı Madriddə keçirilən konfransda “torpaq qarşılığında sülh” prinsipi qəbul edilib. Plana görə İsrail 1967-ci ildə ələ keçirdiyi torpaqlardan çıxacaq və Qüds Fələstinin paytaxtı olacaqdı.

Please publish modules in offcanvas position.