Lukaşenko səlahiyyətlərini təhvil vermək üçün şərtini açıqladı

/ Bazar ertəsi, 17 Avqust 2020 16:12
Lukaşenko səlahiyyətlərini təhvil vermək üçün şərtini açıqladı

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə davam edən etirazlar fonunda referendumda yeni konstitusiya qəbul edilərsə, səlahiyyətlərini təhvil verməyə hazır olduğunu bildirib.

Bu barədə TASS yazıb.

Onun sözlərinə görə, ölkədə yenilənmiş konstitusiyanın üçüncü variantı üzərində iş aparılır.

“Gəlin, əyləşin, konstitusiya üzərində işləyək və referenduma aparaq. Mən konstitusiya üzrə səlahiyyətlərimi sizə verim”, - deyə Belarus prezidenti bildirib.

Please publish modules in offcanvas position.