Dünyada koronavirusa yoluxanların sayı 22 milyonu ötdü

/ Çərşənbə axşamı, 18 Avqust 2020 10:28
Dünyada koronavirusa yoluxanların sayı 22 milyonu ötdü

Dünyada koronavirusa yoluxan 14 795 803 nəfər sağalıb, 777 470 nəfər isə virusdan ölüb.

İndiyədək 22 052 763 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (5 612 027), Braziliyada (3 363 235) və Hindistanda (2 703 517) qeydə alınıb.

eyd edək ki, avqustun 17-nə olan məlumata görə, Azərbaycanda indiyədək 34 343 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 32 042 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 508 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 250 542 nəfər yoluxub, 5 996 nəfər ölüb. Rusiyada indiyədək 927 745 nəfərdə koronavirus aşkarlanıb, onlardan 736 101-i sağalıb, 15 740-ı ölüb. İranda isə 345 450 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 19 804 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 1 351-ə çatıb. Onların 485-i artıq sağalıb, 12-si isə vəfat edib.

Ermənistanda indiyədək 41 701 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 34 655 nəfər sağalsa da, 824 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Please publish modules in offcanvas position.