ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub

/ Çərşənbə, 19 Avqust 2020 12:11
ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub

Amerika Birləşmiş Ştatlarının Suriyanın Deyr-əz-Zor vilayətində yerləşən hərbi bazasına raketlə hücum edilib.

Bu barədə Suriyanın “SANA” nəşri məlumatı yayıb.

Qeyd olunur ki, raketlər Amerika qoşunları tərəfindən nəzarət edilən, Konoko neft yatağının ərazisində yerləşən hərbi bazaya atılıb.

ABŞ hərbçiləri arsında itkilərin olması barədə məlumat verilmir.

Hələlik bazaya hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Please publish modules in offcanvas position.