Bayden rəsmən Trampa rəqib oldu

/ Çərşənbə, 19 Avqust 2020 12:21
Bayden rəsmən Trampa rəqib oldu

ABŞ-ın Demokratlar Partiyası rəsmi şəkildə keçmiş vitse-prezident Co Baydenin prezidentliyə namizədliyini irəli sürüb.

“RİA Novosti” agentliyi xəbər verir ki, virtual keçirilən qurultayın səsverməsinin nəticələrinə əsasən, C.Bayden  partiya nümayəndələrinin daha çoxunun dəstəyini qazanıb.

Birləşmiş Ştatlarda noyabrın 3-də keçiriləcək prezident seçkilərində C.Bayden hazırkı prezident Donald Trampa rəqib olacaq.

Please publish modules in offcanvas position.