İsrail tankları Qəzza zolağına zərbələr endirdi

/ Cümə axşamı, 20 Avqust 2020 14:16
İsrail tankları Qəzza zolağına zərbələr endirdi

İsrail ordusunun qırıcı təyyarəli Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

"RİA Novosti" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edilir ki, hava zərbələri HƏMAS-ın hərbi-dəniz qüvvələrinin kompleksi, yeraltı strukturu və müşahidə postlarına endirilib.

Please publish modules in offcanvas position.