Turan Ordusu oktyabrın 29-da yaradılacaq.
İslam.az Axar.az-a istinadla xəbər verir ki, bunu türkiyəli strateq Kaan Sarıaydın qatıldığı verilişdə deyib.
“Türkiyə türk ölkələri ilə birgə ordu yaradacaq. Bu artıq xəyal deyil. Bu layihə üzərində çox çalışdıq. Yəni bunlar bir-iki günlük iş deyil. Artıq elan etməyin vaxtı çatıb. Oktyabrın 29-da Turan Ordusu qurulacaq. Türk Birliyinin elan edilməsi artıq an məsələsidir”, - strateq bildirib.