Mərakeş İsraillə əlaqələrin normallaşdırılması ilə bağlı mövqeyini açıqlayıb

/ Bazar ertəsi, 24 Avqust 2020 15:51
Mərakeş İsraillə əlaqələrin normallaşdırılması ilə bağlı mövqeyini açıqlayıb

Mərakeş İsraillə əlaqələri normallaşdırmayacağını bildirib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bunu Mərakeşin baş naziri Səduddin əl-Osmani deyib.

Mərakeşin hökumət başçısı mənsub olduğu "Ədalət və İnkişaf Partiyası" üzvləri qarşısında çıxışı zamanı vurğulayıb ki, İsraillə əlaqələrin normallaşdırılması bu dövləti fələstinlilərin hüquqlarına təcavüz etməkdə daha da cürənləndirəcək.

O bildirib ki, Fələstinlilərin hüquqlarının tanınması və təmin edilməsi əsas şərtlərdən olaraq qalır.

Mərakeş rəsmisi son zamanlarda bəzi ərəb dövlətlərinin İsraillə əlaqələri rəsmiləşdirməsini də özünəməxsus şəkildə qınayıb.

Qeyd edək ki, BƏƏ-dən sonra Sudan, Oman Sultanlığı və Bəhreyn kimi ərəb dövlətlərinin də İsraillə əlaqələri rəsmiləşdirməsi haqda fikirlər səsləndirilir.

Please publish modules in offcanvas position.