Kərbəla Əyalətinin Qubernatorluğu Aşura mərasiminin təhlükəsizliyinin təmin ediılməsi üçün 30 min təhlükəsizlik qüvvəsini işə cəlb edəcək.
İslam.az İnterAz-a istinadla xəbər verir ki, bu barədə Kərbəlanın Polis İdarəsinin sədri Əhməd Zuveyni məlumat verib.
Bildirilib ki, Kərbəla Əyalətinin Qubernatorluğu Aşura mərasiminin təhlükəsizliyinin təmin ediılməsi üçün 30 min təhlükəsizlik qüvvəsini cəlb edəcək.
Qeyd edək ki, Kərbəla Əyaləti Qubernatorluğunun koronavirus pandemiyasına qarşı mübarizə fonunda Məhərrəmlik əzadarlığı ilə bağlı mühüm qərar verib. Qərara əsasən Məhərrəm ayının birindən 13-də qədər əyalətə xaricdən heç kim buraxılmayacaq. Aşura ziyarəti isə pandemiya qaydalarına riayət etmək şərtilə üstü açıq məkanlarda keçirləcək.