Erməni ordusunda böhran: İrəvan “milis” yığır

/ Çərşənbə axşamı, 25 Avqust 2020 17:25
Erməni ordusunda böhran: İrəvan “milis” yığır

Ermənistan Müdafiə Nazirliyi milis (müqavimət dəstələri) dəstələrinin yaradılması barədə layihəni ictimai müzakirəyə çıxarıb.

Axar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan paylaşıb. O, bu dəstələrin ölkə ərazisinə istənilən hücum zamanı lazımi müqavimət üçün istifadə ediləcəyini qeyd edib.

Yeni təqdim edilən qanun layihəsində milis dəstələrinin Ermənistan vətəndaşlarından könüllü şəkildə təşkil ediləcəyi vurğulanıb.

Milis dəstələrinin ümumi idarəçiliyi döyüş vaxtı Ermənistan Baş Qərargah rəisinə, sülh dövründə isə bölgələrdə yerli idarəetmə orqanının rəhbərinin müavinə, İrəvanda vitse-merə tabe olacaq.

Qeyd edək ki, Ermənistan ordusunun şəxsi heyəti döyüş tapşırıqlarının icrası üçün yetərli qədər deyil. Döyüş postlarında xidmət aparmağa belə əsgər çatmır. Ordunun bu çatışmazlığını ört-basdır etmək üçün Paşinyan polislərin təmas xəttində 15 günlük məcburi xidməti haqqında sərəncam imzalayıb. в плен.

Please publish modules in offcanvas position.