Suriyanın İdlib əyalətində Rusiya-Türkiyə post patrul qüvvələri hədəfə alınıb. İki hərbi polis yaralanıb.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Sülh Mərkəzi bəyanat verib.
Bildirilib ki, radikal qruplaşmalar İdlibin M4 magistral yolunda birgə post-patrul zamanı Rusiyanın bir ədəd zirehli transportyorunu minaatanla hədəfə alıblar.
Burada Rusiyanın hərbi polis qüvvələrindən ikisinin yaralandığı bildirilir.
Suriyanın əl-Vətən qəzeti bildirib ki, bu, Rusiya-Türkiyə hərbi polis qüvvələrinin birgə post-patrulu zamanı həyata keçirilən beşinci hücumdur.