Braziliyanın San-Paulo şəhərində İmam Hüseyn (ə) məclisində sünni müsəlmanlar da iştirak edir

/ Çərşənbə axşamı, 25 Avqust 2020 17:45
Braziliyanın San-Paulo şəhərində İmam Hüseyn (ə) məclisində sünni müsəlmanlar da iştirak edir

Hicri 1442-ci il məhərrəm ayının daxil olması münasibətilə dünyanın hər yerində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə matəm məclisləri təşkil olunur.

İslam.az Deyerler.org-a istinadən xəbər verir ki, Braziliyanın San-Paulo şəhərindəki Həzrət Fatimə (s.ə) İslam Mərkəzində sünni müsəlmanların da iştirakı ilə Əba Əbdillah Əl-Hüseyn (ə) və sadiq səhabələrinin şəhadəti üçün yas mərasimi keçirilib.

Aşura faciəsini hüznlə yad etmək üçün keçirilən tədbirdə xütbə oxunub, rözə və mərsiyələr deyilib və İmam Hüseynlə (ə) yavərləri üçün göz yaşı axıdılıb.

 

Please publish modules in offcanvas position.