Ukrayna əcnəbi vətəndaşların ölkəyə daxil olmasına qadağa qoydu

/ Çərşənbə, 26 Avqust 2020 17:36
Ukrayna əcnəbi vətəndaşların ölkəyə daxil olmasına qadağa qoydu

Ukrayna koronavirusun yayılması təhlükəsi səbəbindən avqustun 29-dan sentyabrın 28-dək bir ay müddətinə əcnəbi vətəndaşların ölkəyə girişi üçün sərhədləri bağlayıb.

RBK-nın məlumatına görə, müvafiq təklif Baş nazir Denis Şmıqal tərəfindən irəli sürülüb.

“Xəstəliyin səviyyəsini nəzərə alaraq, həmvətənlərimizi qorumalı və əcnəbi tərəfdaşlarımıza qarşı  məsuliyyətli olmalıyıq. Hökumət bu gün əcnəbi vətəndaşların girişi üçün sərhədlərin sentyabr ayının sonuna qədər bağlanması məsələsinə baxacaq”, - deyə o bildirib.

Nəticədə, Nazirlər Kabineti sərhədlərin bağlanmasına yekdilliklə dəstək verib.

Şmıqalın sözlərinə görə, ölkəyə giriş qadağası yalnız əcnəbi vətəndaşların müəyyən kateqoriyasına - Ukraynada yaşayış icazəsi olanlar, beynəlxalq və humanitar missiyaların üzvləri, beynəlxalq heyətlər və digər şəxslərə aid olmayacaq.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.