Montoneqro serb keşişlərini ölkədən qovur

/ Cümə axşamı, 27 Avqust 2020 14:43
Montoneqro serb keşişlərini ölkədən qovur

Parlament seçkisindən sonra Serb Pravoslav Kilsəsinin ruhani heyəti ölkədən çıxarılacaq.

Axar.az xəbər verir ki, bunu Montoneqro Baş naziri Duşko Markoviç deyib.

O, siyasi rəqiblərini geridə qalmışlıqda və primitivlikdə ittiham edib. Markoviç Monteneqroda hər şeyin əvvəlki kimi olmayacağını, Serb Pravoslav Kilsəsinin və onun keşişlərinin ölkələrindəki monastr və kilsələrə geri qayıdacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Montoneqrodakı Serb Pravoslav Kilsəsinin mitropoliti Amfiloxiy yerli sakinləri hökumətə qarşı səs verməyə çağırmışdı.

Please publish modules in offcanvas position.