Putin Belarusa kömək üçün silahlı qüvvə hazırlayıb

/ Cümə axşamı, 27 Avqust 2020 16:22
Putin Belarusa kömək üçün silahlı qüvvə hazırlayıb

Rusiya Prezidenti Vladimir Putin lazım gələrsə, Belarusa kömək etmək üçün ehtiyat hüquq-mühafizə orqanları əməkdaşları hazırladığını açıqlayıb.

Bu barədə Rusiya lideri “Rossiya 1” telekanalına müsahibəsində deyib.

“Aleksandr Qriqoryeviç (Lukaşenko - red.) məndən müəyyən ehtiyat hüquq mühafizə işçiləri hazırlamamı istədi. Mən də bunu etdim. Ancaq vəziyyət nəzarətdən çıxana qədər istifadə edilməyəcəyi barədə razılaşdıq”, - deyə Rusiya başçısı bildirib.

Onun sözlərinə görə, Rusiyanın təhlükəsizlik sahəsində Belarus qarşısında öhdəlikləri var:

“(Lukashenko) lazım gələrsə, Belarusa kömək göstərməyimizi istədi. Mən də Rusiyanın bütün öhdəliklərini yerinə yetirəcəyini dedim”.

Please publish modules in offcanvas position.