ABŞ-da polislər odlu silahdan istifadə edərək daha bir qaradərilini öldürdü

/ Çərşənbə axşamı, 01 Sentyabr 2020 12:18
ABŞ-da polislər odlu silahdan istifadə edərək daha bir qaradərilini öldürdü

ABŞ-ın Los-Anceles şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları afroamerikalı velosipedçiyə silahdan bir neçə dəfə atəş açaraq onu öldürüb.

CBS News telekanalı xəbər verir ki, polislər velosiped sürən qaradərili kişini yol hərəkəti qaydalarını pozduğuna görə saxlamağa çalışsalar da, o, hadisə yerindən uzaqlaşaraq gizlənməyə cəhd göstərib.

Hadisədən bir neçə saat sonra qaradərili şəxsi saxlamaq mümkün olub.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata əsasən, saxlanılan zaman afroamerikalı polislərdən birini vurub və onun üstündə tapança olub. Məhz bu səbəbdən polis ona atəş açıb.

Qeyd olunur ki, baş verən qanlı olaydan dərhal sonra şəhər sakinləri etiraz aksiyasına başlayıblar.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.