Husilər Səudiyyə hərbi koalisiyasının komandirinin kənarlaşdırılmasına münasibət bildirib

/ Çərşənbə axşamı, 01 Sentyabr 2020 18:05
Husilər Səudiyyə hərbi koalisiyasının komandirinin kənarlaşdırılmasına münasibət bildirib

Husilər Səudiyyə Ərəbistanın Yəmənə qarşı hərbi koalisiyasının komandiri general–leytenant Fəhd bin Türkinin kənarlaşdırılması və saxlanılmasına münasibət bildiriblər.

İslam.az İnterAz-a istinadla xəbər verir ki, “Yəmən İnqilabının Ali Komitəsi”nin sədri Məhəmməd Əli əl-Husi rəsmi twitter səhifəsi vasitəsilə Səudiyyə Ərəbistanın Yəmənə qarşı hərbi koalisiyasının komandiri general–leytenant Fəhd bin Türkinin kənarlaşdırılması və saxlanılmasına münasibət bildirib.

O deyib ki, “Fəhd bin Türkinin kənarlaşdırılması yalnız o halda yaxşı ola bilər ki, məqsəd müharibənin dayandırılması olsun.”

Qeyd edək ki, kral Salman bin Əbdüləzizin əmri ilə Səudiyyə Ərəbistanın Yəmənə qarşı hərbi koalisiyasının komandiri general –leytenant Fəhd bin Türki və onunla birgə bir neçə yüksək rütbəli zabit Müdafiə Nazirliyində korrupsiya hallarına görə kənarlaşdırılıb və saxlanılıblar.

Please publish modules in offcanvas position.