Səudiyyə BƏƏ və İsrailə hava məkanını açdı

/ Çərşənbə, 02 Sentyabr 2020 17:33
Səudiyyə BƏƏ və İsrailə hava məkanını açdı

Səudiyyə Ərəbistanı BƏƏ və İsrail arasında baş tutacaq bütün aviareyslərdə hava məkanından istifadə etməyə icazə verib.

İslam.az Axar-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İsrail-BƏƏ anlaşmasından sonra iki ölkə arasındakı ilk ticarət uçuşu reallaşıb və bu reys zamanı Səudiyyə Ərəbistanının hava məkanından istifadə edilib.

Please publish modules in offcanvas position.