Səudiyyə İsrail təyyarələrinin hava məkanından keçməsinə rəsmən icazə verib

/ Çərşənbə, 02 Sentyabr 2020 17:49
Səudiyyə İsrail təyyarələrinin hava məkanından keçməsinə rəsmən icazə verib

Səudiyyə Ərəbistanı hava məkanından bütün mülki təyyarələrin uçuşlarının keçməsinin icazəli olduğunu, eləcə də BƏƏ-dən İsrailə və əksinə uçuşların bu xəttən mümkün olduğunu bildirib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu açıqlama verib.

B.Netanyahu bildirib ki, bundan sonra BƏƏ-ə uçuşlar Səudiyyə səmasından baş tutacaq.

Eyni zamanda Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan bildirib ki, İsrail təyyarələrinin Səudiyyə səmasından keçməsi ilə bağlı icazənin verilməsinə baxmayaraq, rəsmi ər-Riyad Fələstinlə bağlı mövqeyini dəyişməyəcək.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.