Maduronu öldürmək istəyənlər saxlanıldı

/ Cümə axşamı, 03 Sentyabr 2020 18:37
Maduronu öldürmək istəyənlər saxlanıldı

Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsdə cəhd edən şübhəlilər saxlanılıb.

İslam.az Axar-a istinadla xəbər verir ki, sui-qəsdi törətməyi planlaşdırılanlar arasında Venesuelada 2018-ci ilin yanvarında Quaido rəhbərliyindəki qiyamda yer alan və Bolivar Milli Qvardiya Korpusunun keçmiş üzvü Antonio Sekeanın qardaşları mayor Yuvenal Sekea və kapitan Yuven Sekea, eyni zamanda Rayder Ruso adlı şəxsin olduğu iddia edilib.

Məlumata görə, əməliyyat çərçivəsində saxlanılan şəxslər arasında ABŞ-ın “Silvercorp” şirkətinin direktoru Cordan Qudronun Kolumbiyadakı köməkçisi Yasi Alvarezin də var.

Please publish modules in offcanvas position.