Pompeo İrana qarşı Ərəb-İsrail koalisiyasının müvəffəqiyyətlə baş tutduğunu bildirib

/ Cümə axşamı, 03 Sentyabr 2020 18:48
Pompeo İrana qarşı Ərəb-İsrail koalisiyasının müvəffəqiyyətlə baş tutduğunu bildirib

“Biz dərhal bölgədə olan strateji dostlarımız arasında uzun müddətli koalisiyasının yaradılması üçün hərəkətə keçdik. Bu koalisiya dünyada terroru dəstəkləyən ən böyük dövlət olan İslam Respublikasının qarşısındadır. Yaradılan koalisiya yaxşı müstəviyə gəlib çatdı və və ərəb dövlətləri bildirdilər ki, İsrailin burda olmasını tanıyırıq. Belə olan halda hamı bir-birilə əməkdaşlıq edir.”

İslam.az İnterAz-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompe Avropaya səfəri zamanı verdiyi açıqlamada deyib.

Yaxın Şərqə səfərinin nəticələrindən danışan Mayk Pompeo İrana qarşı yaradılan Ərəb-İsrail koalisiyasının müvəffəq olduğunu bildirib.

Pompeo əlavə edib ki, bu koalisiyaya digər dövlətlər də qoşulacaq.

Qeyd edək ki, BƏƏ də Misir və İordaniyadan sonra İsraillə rəsmi əlaqələrə başladığını elan edib.

Please publish modules in offcanvas position.