Əfqanıstan hökuməti ilə Talibanın Dohada sülh danışıqları başlayır

/ Cümə, 04 Sentyabr 2020 18:42
Əfqanıstan hökuməti ilə Talibanın Dohada sülh danışıqları başlayır

Əfqanıstan hökumətinin nümayəndə heyəti Talibanla danışıqların aparılması üçün Qətər paytaxtı Dohaya gedir.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, Əfqanıstanın baş naziri və ölkənin Ali Sülh Şurasının sədri Abdullah Abdullahın başçılıq etdiyi nümayəndə heyəti bu gün ya sabah Qətərə yola düşür.

Eyni zamanda Talibanın nümayəndə heyəti də Qətərdə olduğunu bildirib.

Qeyd edək ki, Əfqanıstan hökuməti və Taliban iki gün öncə elan ediblər ki, 6 min əsir və məhbusun mübadiləsini tam olaraq həyata keçiriblər.

Taliban cari ilin martında ABŞ-la sülh sazişi imzalasa da Əfqanıstandaxili danışıqlar bu günlərə qədər təxirə düşüb.

Please publish modules in offcanvas position.