Banqladeşdə məsciddə 6 kondisionerin partlaması nəticəsində azı 11 nəfər ölüb, 50-yə qədər insan yaralanıb.
Məlumatı “Bdnews 24” agentliyi yayıb.
Bildirilib ki, hadisə baş verən zaman məsciddə namaz qılınırmış. Partlayış nəticəsində məscidin pəncərələri yerindən çıxıb, tavana quraşdırılan ventilyatorlar yanıb.
İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.