Türkiyə ordusu İraqda 320 terrorçunu zərərsizləşdirib

/ Bazar ertəsi, 07 Sentyabr 2020 10:55
Türkiyə ordusu İraqda 320 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalında keçirdiyi “Pençe” əməliyyatı çərçivəsində PKK-nın yüzlərlə terrorçusunu zərərsizləşdirib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, iyunun 16-da Xaftain ərazisində başlayan “Pençe-Kaplan” əməliyyatı plana uyğun olaraq davam edir. Türkiyənin təhlükəsizlik qüvvələri terrorçulara havadan və qurudan ağır zərbələr endirir.

Ərazidəki 269 sığınacaqdan və 53 mağaradan xeyli sayda silah-sursat götürülüb.

Əməliyyat çərçivəsində ümumilikdə 320 terrorçu zərərsizləşdirilib.

Please publish modules in offcanvas position.